"Yuventus" və "Mançester Siti" 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab görüşləri keçirilib.

"Yuventus" "Atletiko"nu qəbul edib. İlk matçda 2:0 hesabı ilə qələbə qazanan Dieqo Simeonenin yetirmələri cavab oyunu ərəfəsində üstünlüyə sahib idilər.
 
Qarşılaşma "Yuventus"un üstünlüyü şəraitində keçib. 27-ci dəqiqədə Kriştianu Ronaldu hesabı açıb. İkinci hissənin əvvəllərində portuqaliyalı futbolçu fərqi artırıb. 86-cı dəqiqədə təyin olunan penaltini də qola çevirən Ronaldu het-trikini rəsmiləşdirərək "Yuventus"u növbəti mərhələyə çıxarıb.
 
Günün digər matçında "Şalke" "Mançester Siti"nin qonağı olub. "Şəhərlilər" rəqiblərini 7:0 hesabı ilə darmadığın ediblər. "Siti"nin heyətində Serxio Aquero dubl edib. Digər qollara isə Leroy Sane, Rahim Sterlinq, Bernardu Silva, Fil Foden və Qabriel Jezus imza atıblar.


Çempionlar Liqası

1/8 final (cavab görüşləri)

"Mançester Siti" (İngiltərə) - "Şalke" (Almaniya) - 7:0
 
Qollar: Aquero (35-pen., 38), Sane (42), Sterlinq (56), B. Silva (71), Foden (78), Jezus (84)

Baş hakim: Kleman Türpen (Fransa)

"Siti of Mançester" stadionu, Mançester

İlk görüş - 3:2


"Yuventus" (İtaliya) - "Atletiko" (İspaniya) - 3:0
 
Qol: Ronaldu (27, 48, 86-pen.)

Baş hakim: Byörn Kaypörş (Hollandiya)

"Yuventus Stedium", Turin

İlk görüş - 0:2


Sport7.az

Xəbər lenti