"Yuventus" de Lixtə görə 67 milyon avro ödəməyə hazırdı

"Yuventus" "Ayaks"ın müdafiəçisi Matteys de Lixti heyətinə qatmağa çalışır.

"De Telegraaf"-ın məlumatına görə, "Qoca Sinyora" de Lixtə görə 67 milyon avro ödəməyə hazırdı. "Ayaks"ın 19 yaşlı futbolçu qarşılığında 75 milyon avro tələb etdiyi bildirilir.

Ötən mövsüm 55 matçda meydana çıxan de Lixtin aktivində 7 qol, 4 məhsuldar ötürmə var. Holland müdafiəçi "Ayaks"ın heyətində Hollandiya Erediviziyasının və Kubokunun qalibi olub. Çempionlar Liqasında isə Amsterdam klubu yarımfinala qədər irəliləyə bilmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR