"Yuventus" "Çelsi" ilə anlaşdı: Sarri İtaliyaya qayıdır

"Çelsi"nin baş məşqçisi Mauritsio Sarrinin növbəti iş yeri "Yuventus" olacaq.

"Sky Sports"un xəbərinə görə, klublar arasında razılıq əldə olunub. "Çelsi" Sarrini sərbəst buraxmaq qərarına gəlib. "Yuventus" 60 yaşlı mütəxəssisə görə təzminat ödəyəcək. Paketə bonuslar da daxil ediləcək. BBC-nin son məlumatında sözügedən məbləğin 5 milyon funt həndəvərində olacağı qeyd edilib.

Bu gün Sarrinin rəsmi olaraq London klubunu tərk edəcəyi bildirilir. "Çelsi"də italyan çalışdırıcını komandanın sabiq futbolçusu, hazırda "Derbi"də işləyən Frenk Lempardın əvəzləyici gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR