"Yuventus" futbolçusunu icarəyə verdi

"Yuventus”un futbolçusu Luka Pelleqrini "Cenoa”ya keçib.

Sport7.az xəbər verir ki, Turin təmsilçisi 21 yaşlı sol cinah müdafiəçisini icarəyə verib. İcarə müddəti 2021-ci il iyunun 30-da başa çatacaq. "Roma”nın yetirməsi olan müdafiəçi "Kalyari”də də çıxış edib.

Pelleqrini ötən mövsümün "Kalyari”də keçirdiyi 24 oyununda 6 qol ötürməsi verib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR