"Yuventus" karantindən çıxdı

"Yuventus" karantindən çıxdığını açıqlayıb.

Sport7.az xəbər verir ki, Turin təmsilçisinin 61 üzvünün təcrid müddəti başa çatıb. "Qoca sinyora" yarımmüdafiəçisi Ueston Makkenninin koronavirus infeksiyasına yoluxmasından sonra karantin elan etmişdi. Protokola görə, bu müddətdə komanda müntəzəm məşq edə və oyun keçirə bilər. Sadəcə, kollektivdən kənar insanlarla təmasa icazə yox idi. Makkennidən əvvəl hücumçu Kriştianu Ronaldo və U-23 komandasının məşqçisi Lamberto Dzauli koronavirusa yoluxub.

"Yuventus" A seriyasında növbəti oyununu oktyabrın 25-də "Verona”ya qarşı keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR