"Yuventus" Poqbaya görə iki oyunçusundan imtina etməyə hazırdı

"Yuventus" hələ də "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın xidmətində maraqlıdı.

Poqba yayda MY-dan ayrılmaq istəsə də, yekunda bu, baş tutmamışdı. Hazırda fransız futbolçunun adı "Real" və "Yuventus"la birlikdə hallanır.

"Tuttosport"un xəbərinə görə, "Yuventus" Poqba qarşılığında Mario Mancukiç və Emre Canı "Mançester Yunayted"ə göndərməyə hazırdı.

Mancukiç və Can cari mövsümdə oyun praktikası cəhətdən əziyyət çəkirlər. Hər iki oyunçunun adı "Yuventus"un Çempionlar Liqası üçün nəzərdə tutulmuş iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, Poqba hazırda zədəsinin bərpası ilə məşğuldu. 26 yaşlı oyunçu "Yunayted"in son iki oyununu buraxıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR