"Yuventus" Poqbaya görə üç futbolçusundan imtina etməyə hazırdı

"Yuventus" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanı transfer etməyə çalışır.

"Corriere dello Sport"un məlumatına görə, "Yuventus" Poqbaya görə Joau Kanselu, Blez Matyuidi və Duqlas Kostanı "Mançester Yunayted"ə göndərməyə hazırdı.

"Qırmızı şeytanlar"ın fransız futbolçuya görə minimum 200 milyon avro tələb etdiyi bildirilir. Rəhbərlik Poqbanı komandanın əsas üzvlərindən biri hesab edir və yeni mövsümdən etibarən kapitanlıq sarğısının ona həvalə olunacağı gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR