"Yuventus" qapıçısı ilə müqavilə yeniləyir

"Yuventus" qolkiper Voytsex Şçensnı ilə müqavilə yeniləmək niyyətindədi.

"Goal"un xəbərinə görə, Turin klubunun rəhbərliyi yaxın günlərdə Şçensnıya yeni saziş təklif edəcək. Polşalı qapıçının məvacibinin artırılacağı gözlənilir.

Şçensının "Yuventus"la olan müqaviləsi 2021-ci ilin yayında başa çatır. O, hazırda ilinə 3,5 milyon avro qazanır.

"Mançester Yunayted"in 29 yaşlı qolkiperlə yaxından maraqlandığı bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR