"Yuventus" rəhbərliyi Quardioladan əl çəkmir

"Yuventus" mövsümün sonunda komandanı tərk edəcəyi dəqiqləşən baş məşqçi Massimiliano Alleqrinin əvəzləyicisini axtarır.

"Tuttosport"un məlumatına görə, Turin klubu üç mütəxəssisin namizədliyini gözdən keçirir. Siyahıda Simone İndzaqi ("Latsio"), Mauritsio Sarri ("Çelsi") və Didye Deşamın (Fransa) adları var. "Yuventus" sonuncu ilə Fransa Futbol Federasiyası razılıq verdikdən sonra danışıqlar aparmaq niyyətindədi.

Həmçinin "Yuve" Pep Quardiolanı da yaxından izləyir. Katalon çalışdırıcı bir neçə dəfə "Mançester Siti"dən ayrılmaq fikrində olmadığını desə də, "Qoca Sinyora"nın rəhbərliyi onun xidmətində maraqlıdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR