"Yuventus" Romada 7-ci dəfə çempion oldu - VİDEO

İtaliya A Seriyasının 37-ci turu çərçivəsində "Yuventus" səfərdə "Roma"nın qonağı olub.
 
Sport7.az xəbər verir ki, paytaxt təmsilçisi ilə bərabərə (0:0) qalan Torino nəhəngi, xallarının sayını 94-ə yüksəldərək ən yaxın rəqibi "Napoli"ni 6 xal qabaqlayaraq mövsümün bitməsinə 1 tur qalmış çempionluğunu elan edib.
 
Alleqrinin rəhbərlik etdiyi "Yuve" ardıcıl 7-ci dəfə ölkə çempionu adını qazanıb.

 
Sport7.az
 

Xəbər lenti