"Yuventus" Ronaldonu sata bilər

"Yuventus" koronavirus pandemiyası ilə əlaqədar yaranan böhran vəziyyətindən çıxmağın yolunu axtarır.

Sport7.az "Il Messaggero"ya istinadən xəbər verir ki, hazırkı situasiya Kriştianu Ronaldonun klubdakı gələcəyinə təsirsiz ötüşməyə bilər. "Yuventus" portuqaliyalı futbolçu ilə bağlı 3 variantı nəzərdən keçirir.
 
Ronaldo 70 milyon avro qarşılığında satıla bilər. 35 yaşlı oyunçunun klubla müqaviləsini daha bir il müddətinə uzatması da ehtimal daxilindədi. Lakin belə olan halda, onun məvacibi azaldılacaq. Başqa bir variantda isə Ronaldu müqavilə müddətinin sonuna kimi (2022-ci il - Fanat.Az) komandada qalacaq və azad agent kimi Turin təmsilçisini tərk edəcək.

Daha əvvəl Ronaldonun, maaşının 3,8 milyon avro azaldılmasına razılıq verdiyinə dair xəbərlər yayılmışdı. Futbolçuların məvaciblərinin bir hissəsindən imtina etməsi nəticəsində "Yuventus"un 90 milyon avro qənaət edəcəyi gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR