"Yuventus" və "Napoli" 19 yaşlı futbolçu uğrunda mübarizə aparır

"Zaltsburq"un hücumçusu Erlinq Holand "Yuventus"un maraq dairəsindədi.

"Yuventus"un rəsmiləri Holandın transferini agent - Mino Rayola ilə müzakirə ediblər. Turin klubu ilə yanaşı, "Napoli" də 19 yaşlı oyunçunun təmsilçisi ilə əlaqə saxlayıb.

"Corriere dello Sport"un xəbərinə görə, "Zaltsburq" Holanda görə 90 milyon avro tələb edir.

Çempionlar Liqasının qrup mərhələsində 4 matçda meydana çıxan norveçli futbolçu 7 dəfə rəqib qapılarına yol tapıb və hazırda Zaqreb "Dinamo"sunun xavbeki Mislav Orşiçlə birlikdə turnirin bombardirlərinin sıralamasına başçılıq edir.

"Barselona", "Mançester Siti", "Çelsi", "Bavariya", "Arsenal" və "Atletiko" kimi klubların da Holandın xidmətində maraqlı olduğu bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR