"Yuventus" Zidana təklif göndərib

"Real"ın sabiq baş məşqçisi Zinədin Zidan "Yuventus"u çalışdıra bilər.

"El Pais"in məlumatına görə, Turin klubu fransız mütəxəssisə rəsmi təklif göndərib. "Yuventus" rəhbərliyi Zizunun minimum 2022-ci ilin yayına kimi komandanı çalışdırmasını istəyir.

Daha öncə "Real" prezidenti Florentino Peres Zidana Madrid klubuna geri dönməyi təklif etsə də, 46 yaşlı çalışdırıcı gələcəyi ilə bağlı yekun qərarını iyun ayında açıqlayacağını bildirmişdi.

Qeyd edək ki, Zidan 1996-2001-ci illər aralığında "Yuventus"da çıxış edib.

Sport7.az

Xəbər lenti