"Yuventus"a şad xəbər

"Yuventus"un müdafiəçiləri Corcio Kyellini və Aleks Sandro zədələrini sağaldıb.
 
Sport7.az xəbər verir ki, bu haqda "Football İtalia" məlumat yayıb. Hər iki futbolçu kollektiv məşqlərə qoşulub və 31-ci turda qarşılaşcaqları "Milan"la derbi matçına hazırlaşırlar. 
 
Merih Demiral, Mattia De Şiliyo və Sami Xedira isə zədələrini sağaltmaqla məşğuldu.
 
Cari mövsümdə 1 qola müəlliflik edən Kyellini 3 oyun keçirib. Sandro isə meydana çıxdığı 33 matçda 4 məhsuldar ötürməyə imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR