"Yuventus"un bu arzusu reallaşmaya bilər

"Yuventus”un Manuel Lokatellini transfer etməsi reallaşmaya bilər.

Sport7.az xəbər verir ki, buna səbəb "Sassuolo”nun yarımmüdafiəçi üçün qiymət oxumasıdır. Lokatellinin klubu onun üçün 40 milyon avro tələb edir. Koronavirus pandemiyası dövründə bu rəqəm kifayət qədər yüksək olduğundan Turin təmsilçisi oyunçunun qiymətini aşağı salmağa ümidlidir.

Manueli Avropanın digər aparıcı klubları da heyətində görmək istəyir. Bunlar İspaniya təmsilçiləri "Real”, "Atletiko” və İngiltərə "Çelsi”sidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR