"Virus heç bir fərq qoymur" - Koronavirusa yoluxmuş futbolçu

"Yəqin ki, xəbərləri oxumusunuz. Buna görə mənimlə maraqlanan hər kəsi əmin edirəm ki, yaxşıyam"

Sport7.az xəbər verir ki, bu fikirləri İtaliyanın "Yuventus" klubunun koronavirusa yoluxan futbolçusu Daniel Ruqani şəxsi "Instagram" səhifəsində yazıb.

25 yaşlı müdafiəçi xəstəxanalardakı bütün həkimlərə və tibb bacılarına təşəkkürünü bildirib: "Hamını qaydalara hörmətlə yanaşmağa çağırıram. Çünki bu virus heç bir fərq qoymur. Bunu özümüz, yaxınlarımız və ətrafımız üçün edək".

Ruqani 2013-cü ildən "Yuventus"da çıxış edir. O, Turin təmsilçisi ilə 4 dəfə A Seriyasının, 3 dəfə ölkə kubokunun, iki dəfə isə İtaliya Super Kubokunun qalibi olub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR