Öz komanda yoldaşını təhqir edən qapıçıya 3 oyun

Öz komanda yoldaşını təhqir edən qapıçıya 3 oyun "istirahət"

AFFA-nın İntizam Komitəsi son iclasda Region Liqası ilə bağlı qərarlarını açıqlayıb.
 
Sport7.az xəbər verir ki, Komitə liqada qayda pozanları aşağıdakı şəkildə cəzalandırıb: 
 
10 noyabr 2019-cu il, Region Liqasının "İrəvan” – "Şahdağ” matçının 88-ci dəqiqəsində "İrəvan” klubunun 12 №-li futbolçusu İlkin Fərhadovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
9 noyabr 2019-cu il, Region Liqasının "Qusar” – "Qardaşlar” matçının 42-ci dəqiqəsində "Qardaşlar” klubunun 28 №-li futbolçusu Rüfət Əlizadə öz komanda yoldaşına qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.1).
 
11 noyabr 2019-cu il, Region Liqasının "Uğur” – "Şirvanovka” matçının 59-cu dəqiqəsində "Şirvanovka” klubunun 11 №-li futbolçusu Kamil Nurəhmədov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
 
10 noyabr 2019-cu il, Region Liqasının "TST-Astara” – "Alyans” matçının 68-ci dəqiqəsində "Alyans” klubunun 20 №-li futbolçusu İlyas Səfərzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
7 noyabr 2019-cu il, Region Liqasının "Dübəndi” (Ordubad) – "Babək” matçının 87-ci dəqiqəsində "Babək” klubunun 7 №-li futbolçusu Əli Sadıqov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
Oyunun 90-ci dəqiqəsində "Dübəndi” klubunun 7 №-li futbolçusu Sahil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR