Zabit Səmədov revanşa hazırlaşır

Zabit Səmədov revanşa hazırlaşır

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovun dekabrın 26-da polşalı Pol Slovinski ilə revanş döyüşünə çıxacaq. Sport7.az xəbər verir ki, Çeçenistanın paytaxtı Qroznıda baş tutacaq qarşılaşma "Kolizey" idman zalında keçiriləcək.

"Mauqli" və "Jalo" ləqəbli idmançıların qarşılaşması "Akhmat Fight Show" turniri çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Zabit Səmədov və Pol Slovinskinin 2007-ci ildə Hollandiyada keçirilmiş ilk döyüşündə azərbaycanlı K-1 ustası məğlub olub.


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR