Zabit Səmədov “Sümükqıran”a qarşı

Zabit Səmədov “Sümükqıran”a qarşı
Azərbaycanlı məşhur idmançı Zabit Səmədov növbəti görüşünü keçirəcək.

Sport7.az xəbər verir ki, Səmədovun budəfəki rəqibi hollandiyalı idmançı "Sümükqıran” ləqəbli Errol Zimmerman olacaq. 2008-ci ildə "K-1” üzrə keçirilən çempionatda Errol Zabitə minimal xal üstünlüyü ilə qalib gəlib.

Avqustun 23-də keçiriləcək görüş Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr ediləcək.

Qeyd edək ki, Zabit Səmədovun aktivində 107 döyüş, 97 qələbə, 1 heç-heçə və 9 məğlubiyyət var.

Sport7.az

Xəbər lenti