Zamin Əsədullayevin yeni layihəsi: "Böyük komandalar Azərbaycana dəvət olunacaq"

Zamin Əsədullayevin yeni layihəsi:
Azərbaycanlı məşqçi Zamin Əsədullayev yeni layihə üzərində çalışır.
 
Əsasən azyaşlı futbolçulardan ibarət futbolçular yönündə istiqamət götürən layihə ilə bağlı Zamin bəy Sport7.az-a açıqlama verib.

Mütəxəssis yeni layihəsi ilə bağlı bunları söylədi:

"Mənim "Sport Tour Azerbaijan" adlı şirkətim var. Ərəb dövlətlərinin Futbol Federasiyaları ilə əməkdaşlıq edirik. Onlar xarici toplanışlara komandalar göndərirlər. İstəyirəm ki, Azərbaycanı da bu işdə tanıdım. Bizdə bu sahə problemlidi.  Hamı Türkiyəyə və digər ölkələrə toplanışlara gedir. Mən istəyirəm ki, Azərbaycana da gəlsinlər. Keçən il Rusiya, Türkiyə, İran ölkələrinin akademiyalarından komandalar gəlmişdi. Bu il artıq İraq Futbol Federasiyası komanda göndərib. Onlar üçün tolanış, yoldaşlıq görüşü təşkil edirik. Rusiyadan da gələn olacaq. Ayın 12-də "Nabil Kərimi Futbol Akademiyası"nın komandası "Zirə"nin 19 yaşlıları ilə oynayacaq. 

FİFA-nın Ərəb Dövlətləri Üzrə Futbol Akademiyasının rəhbəri də Azərbaycandadı. Bununla yanaşı Layihə ilə bağlı Misirdən, daha doğrusu Batul Qatardan və yenə də İraqdan komandaların gələcəyi gözlənilir. Çalışıram ki, belə komandalar daim gəlsinlər Azərbaycana, burda yoldaşlıq görüşləri keçirsinlər. Onların heyətlərində yaxşı futbolçular olur. Bəlkə hansınısa klublarımız götürəcək. Məsələn "Zirə" ilə oynayacaq komandada "7" nömrəli futbolçu var, çox yaxşıdı. Onu göstərəcəm kluba. Hazır futbolçudu, 16 yaşı var. 

Hələ ki, aşağı yaş qrupundan ibarət komandaları dəvət edirik. İnşallah gələcəkdə böyük komandalar da Azərbaycana dəvət olunacaq. Məqsədim də məhz budu. Amma hələ ki, onlar Azərbaycanı tanımırlar. Üstəlik tələbləri başqadı, infrastrukturumuz uyğun olmalıdı. Məsələn Ankarada, Avstriyada olan şərait burda yoxdu. Ona görə də hamı xarici ölkələrə üz tutur. Bizdə yaxşı baza ancaq Qəbələdədi. Başqa harda var? İstəyirəm "Qəbələ", AFFA ilə danışım, toplanışlar təşkil edək. Bölgələrdə də toplanışlar təşkil etmək olar. Çalışırıq də, görək nə edirik".

Sport7.az

Xəbər lenti