Zaretska bürünc, Rafael isə qızıl medal uğrunda döyüşəcək

Zaretska bürünc, Rafael isə qızıl medal uğrunda döyüşəcək

Karate1 Premyer Liqa turnirin Dubayda 2-ci mərhələsi davam edir. Yarışın ilk günü Rafael Ağayev (-75 kq) finala yüksəlib.
 
Sport7.az xəbər verir ki, Nüfuzlu yarışda 85 ölkədən 571 idmançı iştirak edir. Karateçilərimizdən Rafiz Həsənov (-67 kq) isə bürünc medal görüşünə vəsiqə qazanıb.

Turnirin növbəti günü daha 8 idmançımız - Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparıb.  

Onlardan yalnız İ.Zaretska bürünc medal uğrunda döyüşəcək. A.Qurbanlı, A.Mamayev və F.Əliyeva təsəlliverici görüşlərə qatılsalar da nəticədə məlöub olublar.

"Al Wasl" arenasında turnirdən idmançılarımızın nəticələrini təqdim edirik:

Kumite

Ayxan Mamayev (-84 kq) mübarizəni başa vurub. 

1. A.Mamayev - Keyvan Baban (İran) 3:2
2. A.Mamayev - Daniyar Yuldaşev (Qazaıstan) 3:6

Təsəlliverici görüşlər

A.Mamayev - Denis Denisenko (Rusiya) 
A.Mamayev - Faruk Abdesselem (Fransa) 
 
Pənah Abdullayev (-84 kq) mübarizəni başa vurub.

1. P.Abdullayev - Kamran Madani (ABŞ) 0:0
 
Turqut Həsənov (-84 kq) mübarizəni başa vurub.

1.T.Həsənov - Andrey Toroşenko (Ukrayna) 1:0
2.T.Həsənov - Kenji Qrillon (Fransa) 1:3
 
Şahin Atamov (+84 kq) mübarizəni başa vurub. 

1. Ş.Atamov - Benjamin Nurkiç (Bosniya və Herseqovina) - Fernando Lenis (Kolumbiya) görüşünün qalibi ilə 2:0
2.Ş.Atamov - Salim Bendiab (Fransa) 0:6
 
Asiman Qurbanlı (+84 kq) mübarizəni başa vurub. 

1.A.Qurbanlı - Conatan Horn (Almaniya) 0:1

Təsəlliverici görüşlər

A.Qurbanlı - Məhəmməd Əl Bəhri (Mərakeş) 0:0
 
İrina Zaretska (-68 kq

İ.Zaretska - Güzəliyə Qafurova (Qazaxıstan) 2:0

2. İ.Zaretska - Anjela Mojsovska (Makedoniya) 9:1
3. İ.Zaretska - Eda Eltemur (Türkiyə) 5:3

Yarımfinal

İ.Zaretska - Feryal Abdelazez (Misir) 0:4

Bürünc medal uğrunda görüş

İ.Zaretska -  Alizee Agier (Fransa) 
 
Fəridə Əliyeva (+68 kq) mübarizəni başa vurub. 

1. F.Əliyeva - Klio Ferrasuti (İtaliya) 4:3
2. F.Əliyeva - Sima Abuel Yazed (Misir) 0:4

Təsəlliverici görüşlər

F.Əliyeva - Qao Menqmenq (Çin) 0:0
 
Kata

Roman Heydərov 2-ci dövrdə mübarizəni başa vurub. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR