"İstəməzdik azarkeşsiz oynayaq, amma..." - Zaur Həşimov

"Zirə"nin baş məşqçisi Zaur Həşimov koronavirusa görə PFL-in oyunların azarkeşsiz keçirilməsi ilə bağlı PFL-in qərarına münasibət bildrib.

Zaur bəy Sport7.az-a açıqlamasında bunları söyləyib: "Azarkeşsiz ümumiyyətlə futbolu təsəvvür etmək mümkün deyil. Ancaq indiyə qədər azarkeşsiz meydana çıxan komandalar olub. Avropa, dünya futbolundan danışıram. Hazırda Avropanın bir çox ölkələrində oyunlar azarkeşsiz keçirilir. Hətta Çempionlar Liqasında "Valensiya" - "Atalanta" matçı da azarkeşsiz oynanıldı. Bu da o deməkdi ki, insanların sağlamlığı daha önəmlidi.
 
İstəməzdik azarkeşsiz oynayaq, amma verilən qərara etiraz edə bilmərik. Son oyunda səfərdə oynadıq. Çox az tamaşaçı gəlmişdi. Komanda bütün oyunları dolu tribunalar qarşısında keçirməyə öyrəşsəydi, bu həddindən artıq pis təsir edərdi. Qismən buna öyrəşmişik, boş tribunlar görmüşük. Amma əlbəttə, onların dəstəyini istəyərdik. Əlbəttə ki, bütün bunlara rəğmən normal oyun və hazırlıq olacaq. Hər halda çempionatdı".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR