Zaur Həşimov:

Zaur Həşimov: "Planı buna uyğun qurmuşuq"

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Rumıniya təmsilçisi "Sepsi" ilə matçdan sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis 2:0 hesablı qələbə qazandıqları matç haqda bunları söyləyib: "Təlim-məşq toplanışlarında uşaqlar həmişə ağır yükləmələrlə oynayırlar. Planı buna uyğun qurmuşuq. İlk sınaq matçında futbolçularımız hərəyə 45 dəqiqə oynadılar. Bəzisi 60-70 dəqiqə, bəzisi 2 hissə meydanda oldu. Bu dəfə bəzilərinə daha çox zaman verdik. Ümumi götürsək, oyun pis alınmadı. Topu özümüzdə saxlamağa çalışırdıq. Buna qismən nail olduğumuzu söyləməliyəm. Ancaq sevindirici hal budur ki, qol buraxmadan qələbə qazandıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR