"Dəyişikliklər ola bilər" - "Zirə"nin baş məşqçisi

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşcaqları "Keşlə" ilə matçın hazırlıqlarından danışıb.

Zaur bəy Sport7.az-a açıqlamasında komandanın hazırlığı ilə yanaşı, "Keşlə"nin futbolçusu Sezar Meza Kollinin milliləşdirilməsi ilə bağlı məsələyə də münasibət bildirib: "Normal hazırlaşırıq. Bugündən məşqlərə start vermişik. Hər həftə olduğu kimi, hazırlığımız davam edir. İtkilər məni narahat edir. Qırmızı vərəqəyə görə cəzalananlarla yanaşı zədəli futbolçularımız da var. Planlaşdırmağdımız və ya planlaşdırdığımız dəyişikliklər ola bilər. Rəqibi analiz etmişik. Tanıyırıq, güclü rəqibdi, məsuliyyətli oyundu. Fərqli taktika? Bu gün üçün tam qərar verməmişəm. Yəqin ki, birisigün fikirlərimizi bildirəcəyik. Çünki zədəlilərdən kimlərsə sağalıb qayıda bilər".

Həşimov, Meza Kollinin milliləşdirilməsi ilə bağlı düşüncələrini də bölüşdü: "Nəbilim, belə məsələlərə bilirsiz necə yanaşıram? Həqiqətən də milli səviyyəsində qarşımıza qoyulan məqsədə çata biləcəyiksə, bunda bizə hansısa milliləşdirilmiş legioner kömək edəcəksə, niyə olmasın? Amma bilmirəm Sezarın gəlişindən sonra, millidə nə qədər dəyişiklik olacaq. Əlbəttə səviyyəli oyunçudu, sadəcə söhbət ölkənin əsas komandasından gedir. Yığmamızı nə qədər gücləndirə biləcək? Məsələn Millətlər Liqasını keçə biləcək səviyyədə kömək edəcəkmi? Yaxud qrupda 2 və ya 3-cü yerlər uğrunda oynayacağıqmı? Məncə əsas məsələ budu? Yığmanı nə dərəcədə gücləndirəcək deyə bilmərəm, amma "Keşlə" üçün 100 faiz yaxşı variantdı".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR