Zayon Vilyamsonun qayıdışı gecikir

Zayon Vilyamsonun qayıdışı gecikir

"Nyu-Orlean"ın draftın birinci sırasından seçdiyi Zayon Vilyamson parketlərə gözləniləndən daha gec qayıdacaq.

Bu barədə TNT-in müxbiri Kristen Ledlou məlumat verib. Vilyamsonun menisküsündəki əməliyyatın üzərindən 6 həftə keçir. Forvard yeni mövsüm ərəfəsində "San-Antonio" ilə görüşdə zədələnmişdi.

Vilyamsonun bərpa prosesi normal davam etsə də, "Pelikans" riskə getmək niyyətində deyil. Bu səbəbdən 19 yaşlı basketbolçunun qayıdışı gecikir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR