“Zenit” Azmunu heyətinə qatdı

“Zenit” Azmunu heyətinə qatdı
Sankt-Peterburq təmsilçisi "Zenit” yeni transferini açıqlayıb.

Sport7.az xəbər verir ki, Sergey Semakın çalışdırdığı komanda Sərdar Azmunu heyətinə qatıb.

24 yaşlı futbolçunun sonuncu klubu "Rubin” idi. Bir müddət icarə əsasında "Rostov”da forma geyinən Sərdar Rusiya çempionatında 154 oyuna 42 qol vurub. İran millisində isə Azmun 46 oyun keçirib və 28 dəfə fərqlənib.

Əslən İranın Gülüstan vilayətindən olan Azmunun milliyətcə türk olduğu deyilir.

Sport7.az

 

Xəbər lenti