“Zenit”dən İtaliya millisinə

“Zenit”dən İtaliya millisinə
Rusiyanın "Zenit" klubunun sabiq baş məşqçisi Roberto Mançini İtaliya milli komandası ilə müqavilə bağlayıb.

Sport7.az İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, 54 yaşlı mütəxəssisin təqdimat mərasimi bu gün keçiriləcək.

Mançini mətbuat konfransı zamanı jurnalistlərə və ictimaiyyətə təqdim olunacaq.

Roberto Mançini dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün 2017-ci ilin noyabrında İtaliya yığmasını tərk edən Canpyero Venturanı əvəzləyib.

Sport7.az
 

Xəbər lenti