Üzgüçümüz Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Üzgüçümüz Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycan üzgüçüsü Maksim Şemberev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Sport7.az xəbər verir ki, 26 yaşlı idmançı buna, Cənubi Koreyanın Kvanju şəhərində keçirilən su idman növləri üzrə dünya çempionatında nail olub.

Şemberev 400 m məsafəyə qarışıq üsulla üzmə yarışında final mərhələsinə yüksəlib. O, həlledici mərhələdə 4 dəqiqə 14,10 saniyə nəticə ilə Azərbaycan üzgüçülük tarixində ilk dəfə 6-cı yeri tutub və olimpiadada birbaşa iştirak hüququna yiyələnib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR