Zidan 100-ə çatdı - STATİSTİKA

Zidan 100-ə çatdı - STATİSTİKA
İspaniya çempionatının 32-ci turunda "Malaqa" ilə oyun "Real"ın baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar olub. 

Sport7.az xəbər verir ki, "La Rosaleda" stadionunda 2:1 hesablı qələbə Zidanın "Real"ın başında 100-cü qələbəsi olub. 

Bu uğura daha əvvəl Luis Enrike (126 oyun, "Barselona"), Joze Mourinyo (133, "Real"), Xosep Qvardiola (139, "Barselona") nail olub. 

Qeyd edək ki, "Real" Zidanın rəhbərliyi altında 140 matç keçirib. Bunlardan 100-cü qələbə, 25-i heç-heçə, 15 isə məğlubiyyətlə nəticələnib.
 
Sport7.az

Xəbər lenti