Zidan ailəsində ağır itki

Zidan ailəsində ağır itki

Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan ağır itki ilə üzləşib.

Sport7.az xəbər verir ki, fransalı mütəxəssisisin qardaşı Fərid 54 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Zidan məhz qardaşına görə Kanadanın Monreal şəhərində hazırlıq prosesində olan komandasının düşərgəsini dünən tərk etmişdi.

Klubun rəsmi saytı vasitəsilə Zidanın qardaşının vəfatı ilə qədər başsağlığı verib. Həmçinin komandanın bu gün baş tutan məşqi bir dəqiqəlik sükutla başlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR