Zidan Azarı siyahıya salmadı

Zidan Azarı siyahıya salmadı

"Real" bu gün keçiriləcək "Xetafe" ilə matça itkilərlə çıxacaq.
 
Sport7.az xəbər verir ki, 29 yaşlı Eden Azar baş məşqçi Zinəddin Zidanın qarşıdakı matçda güvənəcəyi 24 oyunçunun siyahısına daxil edilməyib. Belçikalının olmamasının səbəbləri barədə məlumat verilmir. Həmçinin, zədəli müdafiəçi Joze İqnasio Naço görüşdə oynaya bilməyəcək.

"Real" 32 turda qazandığı 71 xalla turnir cədvəlinə başçılıq edir. "Xetafe" isə 6-cı yerdədir.

"Real" - "Xetafe" matçı bu gün baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR