Zidan bu gün "Real"a baş məşqçi təyin olunacaq - "El Chiringuito"

Zidan bu gün
"Real"ın yeni baş məşqçisi Zinədin Zidan olacaq. Bu barədə "El Chiringuito" məlumat yayıb.

Santyaqo Solarinin istefaya göndəriləcəyi və mərkəzi Avropa vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 21:00) Zinədin Zidanın təyinatının açıqlanacağı gözlənilir.

Qeyd edək ki, ötən il ilk dəfə məhz "El Chiringuito" Kriştianu Ronaldunun "Yuventus"a keçidi barədə xəbər yaymışdı.

"El Pais"in iddiasına görə isə fransız mütəxəssis "Real"a qayıtmaqdan imtina edib və mövsümün gedişində klub çalışdırmaq niyyətində deyil.

Zidanla yanaşı, Joze Mourinyunun da adı Madrid klubu ilə birgə hallanır.

Sport7.az

Xəbər lenti