Zidan:

Zidan: "Məğlubiyyətə görə hamımız günahkarıq"

"Real"ın baş məşqçisi Zinədin Zidan PSJ ilə oyunda qeydə alınan məğlubiyyəti (0:3) belə şərh edib:

"İntensivlik baxımından çatışmazlığımız var idi. Birə-bir mübarizələrin əksəriyyətini uduzduq. PSJ ilə oynayırsınızsa, belə edə bilməzsiniz.

PSJ yaxşı komandadı, çoxlu qol epizodları yaradırlar. Amma bu, mənim işim deyil. Məni narahat edən - komandamın Çempionlar Liqası səviyyəsində oynamamasıdı.

"Parislilər" bütün komponentlərdə bizi qabaqladılar - xüsusilə də intensivlikdə. Məni ən çox bu, narahat edir. PSJ-nin bizi təzyiq altında saxlayacağını bilirdik. Amma biz heç oyuna fokuslana bilmədik. Adətən, "Real" çox qol epizodu yaradır. Bu gün iki qolumuz hesaba alınmadı, amma kifayət qədər epizod yaratdığımızı deyə bilmərəm.

Qələbə qazananda bu, hamımızın adına yazılır. Məğlubiyyətə görə də hamımız günahkarıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR