Zidan: "Məşqçilik etməklə "Real"ı çalışdırmaq arasında böyük fərq var"

Zidan:
"Real"ın yeni baş məşqçisi Zinədin Zidan Madrid klubunda işləməyin digər klubları çalışdırmaqdan fərqli olduğunu deyib:

"Burada müxtəlif nüanslar var. "Real"ın özünəməxsus çəkisi var. Hər şeyi götür-qoy etməlisən.

Məşqçilik etməklə "Real"ı çalışdırmaq arasında böyük fərq var. Belə bir təcrübəm olduğu üçün bunu deyirəm. Yenidən bu hissləri yaşamaq istədim və komandaya geri qayıtdım".

Qeyd edək ki, Zinədin Zidanın müqaviləsi 2022-ci ilin yayına kimi nəzərdə tutulub.

Sport7.az

Xəbər lenti