Zidan oğlunu Afrikaya göndərir

Zidan oğlunu Afrikaya göndərir

"Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan növbəti dəfə komandasını dəyişməyə hazırlaşır.

Sport7.az xəbər verir ki, "Kral klubu”nun yetirməsi bu dəfə Afrika qitəsində çıxış etməyə yaxındır.

"Real”da ümidləri doğrultmayan və müxtəlif klublarda heyətə düşə bilməyən 25 yaşlı yarımmüdafiəçi Mərakeşin "Vidad” klubu ilə anlaşıb. Enzonun meneceri də məlumatı təsdiqləyib. Fransalı futbolçu tezliklə keçidini rəsmiləşdirəcək.

Zidan son olaraq "Almeriya”da çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR