Zidan: "Real"ı Ronaldosuz təsəvvür edə bilmərəm"

Zidan:
"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın superulduzu Kristiano Ronaldo haqda fikirərini bildirib.
 
Sport7.az xəbər verir ki, fransız mütəxəssis komandanı Ronaldosuz təsəvvür edə bilmədiyini söyləyib. O hətta başqa klublarla da Ronaldoya görə danışıq aparmayacağını bildirib. 
 
Zidan İspaniya mətbuatına açıqlamasında "Real"ı Ronaldosuz təsəvvür edə bilmərəm. Düşünmürəm ki, o da başqa komandada oynamaq istəyər" sözlərini söyləyib. 
 
Son günlər PSJ-nin Ronaldo ilə ciddi maraqlandığı və onun ilinə 60 milyon təklif etməsi bərdə iddialar ortaya atılıb. Ronaldo da bir müddət öncə açıqlamasında "Real"dan gedə biləcəyini, amm bunun təkcə ondan asılı olmadığını söyləyib.
 
Sport7.az

Xəbər lenti