Zidanlı

Zidanlı "Real" "Nou Kamp"da məğlubedilməzdi

"Real”ın baş məşqçisi Zinəddin Zidan yeni rekorda imza atıb.
 
Sport7.az xəbər verir ki, fransalı mütəxəssis La Liqanın 7-ci turunun səfər matçında "Barselona” üzərində qələbəyə sevinib. 3:1 hesablı qələbə Zidanın "Nou Kamp”dakı altıncı "El-Klasiko”su olub. "Real” onun rəhbərliyi altında keçirdiyi bu matçlarda uduzmayıb.
 
Zidanın yetirmələri Barselonadakı görüşlərdə üç qələbə və üç heç-heçəyə nail olub. Bu, "Real”ın baş məşqçiləri arasında mütləq rekorddur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR