Özil

Özil "Arsenal"da qalacağını təsdiqlədi

"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil növbəti mövsüm ərəfəsində komandadan ayrılmayacağını bəyan edib:

"Mən müqaviləmdən razıyam və bu il, o cümlədən növbəti mövsüm də burada qalacam.

Gələcəkdə məni nələrin gözlədiyini bilmirəm. Həyəcanla o günləri gözləyirəm, amma nələrin baş verəcəyini bilmirəm. 

Artetanın "Arsenal"a qayıdışı kluba bir neçə üstünlük qazandırıb. Bura top uğrunda mübarizə, topa sahibolma və oyuna nəzarət kimi faktorları aid edə bilərik. Hər şey qaydasında gedir. Hamı məmnundu, hamı gülümsəyir. Bu, bizə uğur gətirəcək. Arteta "Arsenal"a uyğun biridi".

Türkiyə əsilli alman futbolçunun "topçular"la olan müqaviləsi 2020-21 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Cari mövsümdə Premyer Liqada 12 matçda meydana çıxan Özilin aktivində 1 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR