Özil türk-alman mübahisəsinə son qoydu

Özil türk-alman mübahisəsinə son qoydu
"Arsenal"ın və Almaniya yığmasının üzvü Məsut Özil son bioqrafiyası olan "Futbolun sehri və gerçəkləşən xəyallar"da özü ilə bağlı mübahisəli bir məsələyə son qoyub.
 
Sport7.az xəbər verir ki, 2009-cu ildə alman vətəndaşlığını seçən türk əsilli yarımmüdafiəçi, özünü türk yoxsa alman kimi hiss etməsi ilə bağlı suallara cavab verib.
 
Özil kitabında "Bu anlayışı sevmirəm. Sadəcə elə və belə deyiləm. Çox yaxşı türk dostlarım var. Eyni şəkildə mənim üçün çox dəyərli olan alman dostlar da qazanmışam. İnsan ahatlıqla iki mədəniyyətin parçası ola və bununla qürur duya bilər. Bir ürək həm Türkiyə həm də Almaniya üçün vura bilər. İnsan alman kimi düşünə, özünü türk kimi hiss edə bilər. İnteqrasiya belə olar. Eynilə güclü komandada olub qarşılıqlı sayğı duymaq kimi. Təzyiqlərə rəğmən qərarımı Almaniya yığmasından yana verdiyim üçün qürur duyuram. Və bunu edərkən Türkiyəyə heç vaxt arxamı çevirmədiyim üçün çox xoşbəxtəm" şəklində fikirlərini bildirib.

Sport7.az

Xəbər lenti