Özildən Vilyaya ŞOK təhqir

Özildən Vilyaya ŞOK təhqir
"Arsenal"ın türk əsilli alman futbolçusu Məsut Özüil yeni çıxan bioqrafiyası  "Futbolun Sehri və Gerçəkləşən Xəyallar" kitabında bir dönəm "Barselona"da oynamış  David Vilyaya ağır sözlər işlədib.
 
Sport7.az xəbər verir ki, "Real"da oynadığı dönəmdə 2011/12 mövsümünün əvvəlində "Barselona" ilə oynadıqları və 3:2 hesablı qələbə qazandıqları Superkubok matçı haqqında danışan Məsut, onu arxadan sillə ilə vuran Vilyanı "qorxaq it" adlandırıb. 
 
"Saniyələr içində qarmaqarışıqlıq qopur. Kənardan baxanda bu səhnə, bir birilərini itələyən, təxribata çəkən, söyən ağ-bordo-lacivərtli formalarla hörülmüş bir yumağı xatırladır. "Barsa"nın futbolçularının böyük hissəsi Marselonun yaxasından yapışmağa çalışır. Üstünə gedirlər, sıxışdırırlar və həqiqətə yaraşmayan tərzdə təhqir edirlər. 
 
Mən Marselonun önünə keçib onu qoruyuram. Başqa bir axmaqlıq etməsin deyə onu geri çəkirəm. Amma mən ağlı başında davranmağa çalışarkən David Vilya bir anda qorxaq it kimi soxulub başımın arxasına bir şapalaq vurur. Bu tam bir rüsvayçılıqdı".
 
Məsut kitabında bu olayı "ədalətsizlik və hiyləgərlik" şəklində şərh edərkən ona qarşı olan bu hərəkətdən sonra qəzəbləndiyini və komanda yoldaşları tərəfindən çətinliklə sakitləşdirdiyini bildirib.
 
Sport7.az

Xəbər lenti