Özilin Türkiyəyə yollanacağı tarix bəlli oldu

Özilin Türkiyəyə yollanacağı tarix bəlli oldu

"Fənərbağça” Məsut Özilin transferini yekunlaşdırmaq üzrədir.

Sport7.az xəbər verir ki, ulduz futbolçu ilə şəxsi müqaviləni razılaşdıran Türkiyə klubu londonlularla danışıqların son mərhələsindədir. 33 yaşlı pleymeykerin İstanbula yollanacağı tarix də artıq müəyyənləşib. Almaniya millisinin sabiq üzvünün həftəsonu səfərə yollanacağı və yanvarın 18-də tibbi müayinədən keçdikdən sonra münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.

Özil "Fənərbağça” ilə 3,5 illik müqavilə imzalayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR