"Zirə" AFFA nümayəndəsi və hakim-inspektora görə cəzalandı

İntizam Komitəsi Premyer Liqanın 10-cu turunda keçirilən oyunlarla bağlı cəzaları açıqlayıb.
 
Sport7.az xəbər verir ki, komitə sözügedən turla bağlı aşağıdakı qərarları çıxarıb. 
 
1 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın X turunun "Neftçi” – "Qarabağ” matçında "Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

3 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın X turunun "Qəbələ” – "Sabah” matçında "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
3 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın X turunun "Zirə” – "Sumqayıt” matçında "Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
"Zirə” komandası oyunun AFFA nümayəndəsini və hakim-inspektorunu tələb olunan yerlə təmin etmədiyinə görə klub 800 manat cərimə olunur (maddə 60).
Oyunun ikinci hissəsi "Zirə” klubu üzündən 2 dəqiqə gec başladığına görə klub 2400 manat cərimə olunur (maddə 52.3).
 
2 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın X turunun "Səbail” – "Keşlə” matçı "Səbail” klubu üzündən 3 dəqiqə gec başladığına görə klub 2400 manat cərimə olunur (maddə 52.3).
Oyun başa çatdıqdan sonra "Səbail” klubunun 7 №-li futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olduğuna görə klub 1600 manat cərimə olunur (maddə 67).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR