"Zirə" rumınları məğlub etdi - YENİLƏNDİ

"Zirə" bu gün Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, bakılılar Rumıniya təmsilçisi "Sepsi" ilə qarşılaşıb. Topkapı stadionunda keçirilən görüş bakılıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu Riçard Qadze rəqib qapısından keçirib.
 
Yoxlama görüşü
 
"Zirə" - "Sepsi" (Rumıniya) 2:0
Qollar: Riçard Qadze (2)
 
"Zirə": Orxan Sadıqlı, Yovam Krneta, Tellur Mütəllimov, Nicat Süleymanov, Adrian Skarlatake, Şafik Tiqrudca, Cavid Hüseynov (k), Ağabala Ramazanov, David Volkov, Riçard Qadze

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR