"Zirə" daha iki futbolçu ilə vidalaşdı

"Zirə” daha iki futbolçusu ilə yollarını ayırıb.
 
Sport7.az xəbər verir ki, Adrian Skarlatake və Nicat Süleymanov da paytaxt klubunu tərk edib. Klub futbolçulara göstərdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.
 
Buna qədər "Zirə" Anastasios Papazoğlu, Nicat Süleymanov, Rafael Məhərrəmov, Cavid Hüseynov, Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç və Şafik Tiqrudca ilə də vidalaşmışdı.
 
Baş məşqçi Zaur Həşimov da postundan istefa vermişdi. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR