"Zirə" əvəzedicilərinə qalib gəldi

Mövsümün ikinci yarısı üçün hazırlıqlarını davam etdirən "Zirə" bu gün yoxlama oyunu keçirib.

Sport7.az xəbər verir ki, komanda əvəzediciləri ilə qarşılaşıb. 

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş əsas komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk iki qolu Vüsal İskəndərli, digər iki qolu isə Mirsahib Abbasov vurub. Legioner futbolçular hazırlıqlara gec qoşulduğuna görə baş məşqçi Ayxan Abbasov bu oyunda ancaq yerli oyunçuların xidmətindən yararlanıb. 

Qeyd edək ki, "Zirə" növbəti yoxlama  matçını yanvarın 19-da "Keşlə"yə qarşı keçirəcək. 
 
Sport7.az

Xəbər lenti