“Zirə” - “Keşlə”: 21-ci oyuna doğru

“Zirə” - “Keşlə”: 21-ci oyuna doğru

X turda "Zirə”nin rəqibi "Keşlə” olacaq.

Sport7.az xəbər verir ki, I dövrədə rəqibini 3:2 hesabı ilə məğlub edən "qartallar” tarixində 21-ci dəfə "Keşlə” ilə üz-üzə gələcək.

Əvvəl "İnter” adlanan rəqiblə ilk görüş 2015/16 mövsümünə təsadüf edib. Bu müddətdə keçirilən 20 qarşılaşmada komandalar hərəyə 6 dəfə qalib gəlib. 8 matçda heç-heçə qeydə alınıb. 47 qolun vurulduğu oyunlarda top fərqi rəqibin xeyrinədir – 23:24. Son üç ev oyununda "Keşlə”yə uduzmayan "Zirə” rəqibini 10-cu dəfə qəbul edəcək. Öz meydanında 3 qələbə və 5 heç-heçəsi olan "qartallar” yalnız 1 dəfə məğlubiyyətlə üzləşib. Qonaqların qapısından 13 top keçirən komandamız 9 qol buraxıb.
 
Bu statistikanı "Zirə"nin mətbuat xidməti paylaşıb.

Qeyd edək ki, noyabrın 22-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə” – "Keşlə” matçı saat 16:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR