"Zirə" "Keşlə"nin "nəfəsini kəsdi"

Premyer Liqanın 15-ci turunda "Sabah”ı qəbul edəcək "Zirə” bu gün yoxlama matçı keçirib.

Sport7.az xəbər verir ki, Zaur Həşimovun komandası "Keşlə”nin əvəzediciləri ilə qarşılaşıb. Zirə İdman Kompleksində baş tutan görüşdə 7 qol qeydə alınıb. "Zirə" rəqibini 6:1 hesablı məğlubiyyətə uğradıb. 

Zirəlilərin qollarına Ağabala Ramazanov, Davit Volkov, Əli Şirinov, Adrian Skarlatake və Xulio Sezar Rodriqes (2) imza atıb.

"Zirə” – "Sabah” matçına fevralın 1-də Zirə İdman Kompleksinin stadionunda, saat 15:00-da start veriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR