«Zirə» - «Qəbələ»: 19-cu duel

«Zirə» - «Qəbələ»: 19-cu duel

Bu həftə Azərbaycan Premyer Liqasında VII turun oyunları keçiriləcək. "Qəbələ” I dövrənin son turunda "Zirə” ilə qarşılaşacaq. Oktyabrın 6-da keçiriləcək matç paytaxtda baş tutacaq. "Qırmızı-qaralar” tarixində 19-cu dəfə qəsəbə təmsilçisi ilə görüşəcək. Əvvəlki 18 görüşdə 7 qələbə qazanan komandamız eyni sayda heç-heçə edib. Yalnız 4 dəfə uduzan "Qəbələ” top fərqində də üstündür – 25-16. Aleksey Qay "Zirə”nin qapısından daha çox – 4 top keçirib.

18 matçdan 16-sı çempionat, 2-si kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə əldə edən "qırmızı-qaralar” 7 dəfə bir xalla kifayətlənib. Digər 4 qarşılaşmada "Zirə” qalib gəlib. 32 qolun vurulduğu matçlarda komandamız üstündür – 18-14.

10-cu dəfə Bakı klubunun qonağı olacaq "Qəbələ” rəqib meydanında yalnız top fərqində üstündür. Hər komandanın üç qələbə qazandığı görüşlərdə eyni sayda da heç-heçə qeydə alınıb. 12 qol vuran "qırmızı-qaralar” 9 top buraxıblar.

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0
17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Nicat Qurbanov, 24

02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2

Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84 

09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə (Bakı) - 5:1

Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36

13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2

Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84 

07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3

Rafael Santos, 26; Ermin Zets, 47, 79 

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2

Teo Uiks, 19;76 

19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0

Filip Ozobiç, 52

12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2

Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 - Daniel Subotiç, 37; Filip Ozobiç, 88 

02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Sergey Zenyov, 8 - Sezar Meza Kolli, 61

2017/18 mövsümü

09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Cavid Hüseynov, 90+1-p. - Viktor İqbekoyi, 74

28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1

Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 - Famussa Kone, 72

17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Stiven Monroz, 56; Baqali Dabo, 64 - Aleksandr Dedov, 39 

08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Milan Duriç, 53-p. - Stiven Monroz, 78 

2018/19 mövsümü

05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Miloş Radivoyeviç, 86

02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)

19.04.2019. Premyer Liqa. Qəbələ - Zirə - 3:1

Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR