"Zirə" - "Sabah": 8-ci duel

"Zirə” Azərbaycan Premyer Liqasının turunda "Sabah”la qarşılaşacaq.
 
Sport7.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş rəqiblər arasında Premyer Liqadakı 8-ci oyun olacaq. İndiyədək "qartallar” 7 dəfə "Sabah”la üz-üzə gəlib.
 
İlk dəfə 2018/19 mövsümündə qarşılaşan rəqiblər həmin çempionatda 4, 2019/20 mövsümündə 3 dəfə görüşüb. Son dörd matçda uduzmayan "Zirə”nin hesabında 2 qələbə və 2 heç-heçə var. Komanda 3 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısına 9 dəfə yol tapan futbolçular eyni sayda qol buraxıb.
Öz meydanında 5-ci dəfə bu rəqibi sınağa çəkəcək "qartallar” 1 qələbə və 1 heç-heçəyə nail olub, 2 dəfə uduzub. Evdə üç top vuran komanda 5 qol buraxıb.
 
Sentyabrın 20-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə” - "Sabah” matçı saat 18:00-da başlayacaq.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR