"Zirə" sabiq futbolçusunu transfer etdi

Yığmaların oyununa görə yaranmış fasilədən səmərəli şəkildə yararlanmaq niyyətində olan "Zirə" futbolçu transfer edib.
 
Sport7.az xəbər verir ki, paytaxt klubu vaxtilə elə bu komandada oynamış Riçard Qadze ilə güclənib. 25 yaşlı Qanalı hücumçu ilə 1+1 illik müqavilə bağlanılıb.
 
Qadze daha əvvəl – 2017-ci ilin yanvarından 2018-ci ilin iyununa kimi qəsəbə təmsilçisinin formasını geyib. Qadze Bakı klubundan ayrılandan sonra Rumıniya təmsilçisi "Voluntari"də çıxış edirdi.
  

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR